Bank Of Baku

Azərbaycan XİN başçısının müavini: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılmır”

Azərbaycan XİN başçısının müavini: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılmır”
# 29 aprel 2008 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağın tanınmasına dair qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılması barədə təklifə münasibət bildirərkən deyib: “Bunlar xoşagəlməz addımlardır. Ermənistan ötən əsrin 80-ci illərindən başlayaraq gah Qarabağın müstəqilliyi, gah Azərbaycandan ayrılması, gah Ermənistanla birləşməsinə dair çağırışlar edir. Həmin çağırışların davamı olan sonuncu təklifdən də belə nəticə çıxara bilərik ki, Ermənistan qəsdən vəziyyəti gərginləşdirmək istəyir, onun təhrikedici addımları sırasında bu daha bir növbəti addım olacaq. Ermənistanın vəziyyəti gərginləşdirmək istəməsinə şübhə yoxdur. Bunun üçün birinci addım atmaq istəyirsə atsın, bizim buna cavab vermək üçün əsasımız olacaq”.
Münaqişənin nizama salınması istiqamətində danışıqlar prosesinin intensivləşməsinə münasibət bildirən A. Əzimov hesab edir ki, Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı sadəcə görüşlər keçirilir, danışıqlar baş vermir: “Danışıqlar aparmaq üçün nümayəndələr, ekspertlər konkret bir yerdə yığışmalı, gündəlik əsasında konkret təlimatlarla oturub çalışmalıdırlar. Bu halda danışıqların aparılmasından söhbət gedə bilər. Müxtəlif fasilələrlə həmsədrlərin regiona səfər etməsini, yaxud nazirlərin hansısa tədbir çərçivəsində görüşməsini danışıqlar adlandırmaq düzgün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR