Bank Of Baku

“ATƏT üçlüyü” və “Avropa İttifaqı üçlüyü” Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

“ATƏT üçlüyü” və “Avropa İttifaqı üçlüyü” Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 29 aprel 2008 11:49 (UTC +04:00)
APA-nın məlumatına görə, diskussiyalar zamanı bu il Gürcüstan və Ermənistanda prezident seçkiləri keçirildiyi, analoji seçkilərin oktyabrda Azərbaycanda da baş tutacağı bildirilib. Avropa İttifaqı bu seçkilərin ədalətli keçirilməsində maraqlı olduğunu və prosesi müşahidə edəcək missiyaların fəaliyyətinin dəstəklənəcəyini qeyd edib. Avropa İttifaqı bəyan edib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həllinə yönəlmiş səyləri dəstəkləyir. Onlar yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşün uğurla başa çatacağına ümid bəslədiklərini bildiriblər. Qeyd edək ki, görüşdə iştirak edən Avropa İttifaqı nümayəndə heyətinə quruma sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, ATƏT nümayəndə heyətinə isə hazırda quruma sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR