Bank Of Baku

Ombudsman Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyi ilə əlaqədar müraciət edib

Ombudsman Ermənistanın Azərbaycana qarşı təcavüzünün 20 illiyi ilə əlaqədar müraciət edib
# 29 aprel 2008 13:13 (UTC +04:00)
APA-nın məlumatına görə, E. Süleymanova keçirdiyi brifinqdə bildirib ki, Ermənistan 1988-ci ildən etibarən Azərbaycana qarşı hərbi təcavüzə başlayıb. Ermənistanda “Azərbaycanlılarsız Ermənistan” şüarı altında həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 200 mindən çox azərbaycanlı doğma yurdundan zorla deportasiya edilib, 200-dən çox soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib. O, Ermənistanın yalan və əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldatdığını söyləyib. E. Süleymanova deyib ki, ermənilər mayın 2-də ABŞ-ın Los-Anceles şəhərində Ermənistan Mədəniyyət Fondunun dəstəyi ilə “Azad Artsaxın 20 illiyinin qeyd olunması” mövzusunda tədbir keçirəcəklər: “Bu, beynəlxalq hüquq normalarına ziddir. Ermənistan və onu dəstəkləyənlər bu addımı atmaqla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində qeyri-konstruktiv mövqedə olduqlarını nümayiş etdirir”. Ombudsman Azərbaycanın aidiyyəti dövlət qurumlarını, ictimai təşkilatları, Azərbaycan diasporunu Ermənistanın uydurma iddialarına qarşı birgə təbliğat kampaniyasına başlamağa çağırıb. E. Süleymanova qondarma “Dağlıq Qarabağ Respublikası”nda Ombudsman Aparatının yaradılması ilə bağlı məsələyə də münasibət bildirib: “Ermənilər bu addımları ilə beynəlxalq normativ aktlara qarşı sayğısızlıqlarını nümayiş etdirirlər”. E. Süleymanovanın məsələ ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə isə dünya birliyi erməni təbliğatına uymamağa çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR