Bank Of Baku

Xəzər İbrahim: “Ermənistan parlamentinin bəyanatı bu ölkənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha sübut edir”

Xəzər İbrahim: “Ermənistan parlamentinin bəyanatı bu ölkənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha sübut edir”
# 29 aprel 2008 13:45 (UTC +04:00)
Bu əlavələrdə Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı adlandırılır və sülh danışıqlarının münaqişənin yeganə həll yolu olduğu bildirilir. Bəyanatda Ermənistan parlamenti prezidentə və hökumətə təklif edir ki, beynəlxalq ictimaiyyətin münaqişə haqqında hərtərəfli məlumatlandırılması məqsədilə tədbirlər hazırlasınlar, ölkənin bu sahədə siyasətinin daha təşəbbüskar olmasına çalışsınlar və Azərbaycanın hərbi müdaxiləsi zamanı Ermənistanın Dağlıq Qarabağı müdafiə etməsinə şərait yaradacaq beynəlxalq hüquqi əsaslar formalaşdırsınlar.
Bəyanata münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin fikrincə, bu sənəd Ermənistanın öz işğalçı və təcavüzkar siyasətindən əl çəkmədiyini bir daha sübut edir: “Biz bir daha Ermənistan siyasətçilərini konstruktiv mövqe tutmağa çağırırıq. Çünki onların bu tipli bəyanatları danışıqlar prosesinə heç də müsbət təsir göstərmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR