Bank Of Baku

Azərbaycanın Ağdam rayonunda keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycanın Ağdam rayonunda keçirilən monitorinq insidentsiz ötüşüb
# 07 may 2008 11:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri Piter Ki, Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrji Aberle keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR