Bank Of Baku

DAK-ın təşəbbüsü ilə Şuşanın işğalının 16-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

DAK-ın təşəbbüsü ilə Şuşanın işğalının 16-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
# 07 may 2008 13:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 16-cı ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, professor Qulamrza Səbri Təbrizi Azərbaycana qarşı yönələn işğalçılıq niyyətlərinin səbəblərindən danışıb. DAK Gənclər Təşkilatının sədr müavini Elnur Eltürk isə Şuşanın tarixinə aydınlıq gətirib. O, gəncləri milli məsələlərdə aktivliyə çağırıb. “Uğur” İctimai Birliyinin sədri Əziz Əliyev Ermənistanın işğalçılıq hərəkətlərinin dəstəklənməsində dini faktorun rolundan danışıb. Onun fikrincə, ermənilərin xristian olması onların işğalçılıq hərəkətlərini genişləndirməsinə imkan verir. Laçın özünümüdafiə batalyonun komandiri Arif Paşa Şuşanın işğaldan azad etməyin yolları barədə danışıb. O bildirib ki, ikinci Qarabağ müharibəsini başlamazdan öncə, ölkədə ədalət bərpa olunmalı, insanlara milli özünüdərk hissləri aşılanmalıdır. Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 400 mülki şəxs qətlə yetirilib, 600 nəfər yaralanıb, 20 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr isə dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR