Bank Of Baku

Azərbaycan Ombudsmanı Şuşanın işğalı günü ilə bağlı bəyanat verib

Azərbaycan Ombudsmanı Şuşanın işğalı günü ilə bağlı bəyanat verib
# 07 may 2008 14:49 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətində APA-ya verilən məlumata görə, bəyanatda Şuşanın işğalı zamanı 193 nəfərin şəhid, 102 nəfərin isə əlil olduğu qeyd olunub: “Ermənilər Şuşada təkcə güllə atmayıb, həm də dünya mədəniyyətinin dahilərindən olan tanınmış azərbaycanlıların heykəllərini gülləbaran edib yararsız hala salıblar”. Bəyanatda daha sonra qeyd olunub ki, erməni millətçiləri artıq Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri ətrafında yerləşən, bürünc dövrünə aid olan 200 məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiklərini bir daha nümayiş etdiriblər. E. Süleymanova dünya birliyinə, mötəbər beynəlxalq təşkilatlara müraciət edərək onları Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, soyqırımına son qoyulmasına, yüz minlərlə azərbaycanlının öz yurduna dönməsinə, pozulan hüquq və azadlığını bərpa edilməsinə dəstək verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR