Bernar Fasie: “İndi əsas məsələ Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nə vaxt vacib saymalarıdır” - EKSKLÜZIV
- Xarici işlər nazirlərinin görüşünün baş tutmasından məmnunam. Ermənistanın xarici işlər naziri bu vəzifəyə yeni təyin olunduğu üçün bu görüş çox vacib idi. Bu görüş bir tərəfdən nazirlərin tanışlığı baxımından çox vacib idisə, digər tərəfdən də 3 aylıq fasilədən sonra keçirilən ilk görüş kimi mühüm əhəmiyyət daşıyırdı. Çünki bu ilin yanvarında həmsədrlərin regiona səfərindən və Ermənistanda seçkilərin keçirilməsindən sonra bu ilk görüş idi. Bu səbəbdən də görüşün baş tutması çox vacib idi.
- Nazirlərin görüşündə həmsədrlərin regiona növbəti görüşü müzakirə olundumu?
- Həmsədrlərin səfəri bizim görüşümüzün əsas səbəbi deyildi. Bu görüşün əsas məqsədi nazirlərin tanışlığından sonra danışıqlar prosesinə ümumi nəzər salmaq və danışıqların davam etdirilməsinin yollarını müzakirə etmək idi. Görüşün nəticəsi isə ondan ibarət oldu ki, hər iki nazir həm özlərini, həm də bizi gələcəkdə danışıqları davam etdirəcəklərinə əmin etdilər. Bu proses isə qarşıdan gələn həftələr və aylar ərzində ola bilər. Danışıqların yenidən canlanması isə bir gün prezidentlərin də görüşünə imkan yarada bilər. Təbii ki, görüş prezidentlər bunu vacib sayacaqları təqdirdə olacaq. Nazirlər görüşləri barədə təfsilatı ilə prezidentlərə hesabat vermək barədə razılığa gəldilər. Daha sonra biz prezidentlərin bu barədə hansı fikirdə olmasını gözləməliyik. Həmsədrlərin regiona səfəri də prezidentlərin nə zaman görüşə biləcəkləri ilə bağlı qərarlarından asılıdır. Prezidentlər görüşməyə qərar verəndən sonra bizim işimiz onların görüşünü daha uğurlu hazırlamaq olacaq. Bu proses isə həmsədrlərin regiona səfəri və ya nazirlərin görüşü şəklində reallaşacaq. İndi əsas məsələ prezidentlərin görüşü nə vaxt vacib sayacaqları ilə bağlıdır.
- Prezidentlərin görüşünə qədər tərəflərə təqdim olunmaq üçün həmsədrlər yeni təkliflər hazırlayacaqlarmı?
- Hazırda yeni təkliflərin təqdim edilməsi gündəlikdə deyil. Bilirsiniz ki, Madrid görüşündən sonra masada hətta yazılı təkliflər var. İndi bu təkliflərin bəzi detallarına aydınlıq gətirilməlidir. Biz tərəflərin bu təklifləri necə qəbul etməsinə, nəyi dəyişmək, nəyi əlavə etməyin lazımlığına baxmalıyıq. Başqa sözlə, bu təkliflərin üzərində işləmək lazımdır, lakin biz hələ prosesin o fazasında deyilik. İndi əsas məsələ nazirlərin və prezidentlərin tanışlıq görüşləridir. Bundan sonra biz işin istiqamətini müəyyənləşdirib, aydın olmayan məqamlara aydınlıq gətirib, təkliflərə dəyişikliklər və ya əlavələr üzərində işləməliyik.
- Bu il Azərbaycanda da seçki ilidir. Bu proses danışıqlara necə təsir edəcək?
- Əgər biz bu yaxınlarda prezidentlərin görüşünə nail ola bilsək, o zaman seçki kampaniyasından kənarda nazirlərlə birgə rahat işləyə bilərik. Bütün bu işlər seçkilərdən sonrakı dövr üçün də çox yararlı ola bilər. Bununla belə, mən bu işlərin hətta seçkilərdən öncə yararlı ola biləcəyini istisna etmirəm.
- Fransanın xarici işlər naziri cənab Bernar Kuşner erməni həmkarı ilə görüşdə Türkiyənin Ermənistanla sərhədlərini indiyə qədər bağlı saxlamasının səbəbini anlamadığını deyib. Doğrudanmı, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edən dövlət kimi hələ bunun səbəbini bilmir? Axı Türkiyə bir neçə dəfə çox aydın şəkildə bunun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı olduğunu bəyan edib”¦
- Mən, ümumiyyətlə, Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini deyə bilərəm. Fransanın mövqeyinə görə, bu münaqişə yalnız Azərbaycan və Ermənistana aid deyil, bütün region üçün əhəmiyyətlidir. Fransa ənənəvi olaraq həm Azərbaycanı, həm də Ermənistanı özünə dost sayır və bu məsələdə tam qərəzsiz və tərəfsiz mövqe tutur. Azərbaycanla ikitərəfli əlaqələrimiz var. Azərbaycanın əvvəlki prezidenti Heydər Əliyev və indiki prezident İlham Əliyevin Fransanın dövlət başçıları və digər rəhbər şəxsləri ilə yüksək səviyyəli şəxsi münasibətləri var. Sərhədlərin təkcə Türkiyə ilə Ermənistan arasında deyil, həmçinin Azərbaycanla Ermənistan arasında da açılması inkişaf faktoru olardı. Hər halda, heç kimin marağında deyil ki, qonşusu kasıb və bədbəxt olsun. Amma Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlı olması ermənilərin birbaşa təyyarə vasitəsilə Türkiyəyə getməsinə və yaxud minlərlə erməninin bu ölkədə işləməsinə mane olmur. Bu da iki ölkə arasında münasibətlərin tam pozulmadığını göstərir. Ümid edək ki, münaqişənin həlli ilə paralel olaraq, iki ölkə arasındakı bu çox mürəkkəb problemlər də ardıcıllıqla həllini tapacaq. Məncə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlər olsa, bu, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına da müsbət təsir edər. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması da Dağlıq Qarabağ probleminin həllinə eyni müsbət təsirini göstərə bilər. Amma bu iki məsələnin həllinə paralel nail olmaq mümkündür.
Digər xəbərlər
Xəbər Lenti
İran parlamentinin 180 deputatı ABŞ-la anlaşma memorandumunun ləğvini tələb edir
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Monteneqroda saxlanılıb, ekstradisiya ediləcək
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
“AFB Bank”ın gəlirləri artıb
Türkiyə Netanyahunu axtarışa verib
Yarım milyonluq dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib
Rusiya Ukraynanın iki quru yük gəmisini və tankerini vurub
"Beşiktaş" Leandro Trossardı transfer edib
Ukrayna Rusiya FTX-yə məxsus helikopter meydançasının olduğu gəmini batırıb
Slovakiya Azərbaycanla qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlamaq niyyətindədir
“Premium Bank”ın nağd vəsaitləri azalıb
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub
BŞİH başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyəti təkmilləşdirilib
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
Sahibə Qafarova Qətərin sabiq Əmirinin dəfn mərasimində iştirak üçün Dohaya gedib - YENİLƏNİB
MİQ imtahanının ilk günündə 8024 namizəd dəvət olunub, 95% davamiyyət qeydə alınıb - YENİLƏNİB
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıb
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub
İranda partlayışlar baş verir, ölənlər var - YENİLƏNİB-1
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Rusiya gəmilərə hücumlardan sonra Türkiyənin Ukraynaya sərt siqnal göndərəcəyinə ümid edir
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Deputat: Prezident Şuşa Forumunda Azərbaycanın enerji siyasətinin strateji əhəmiyyətini açıqladı
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB-1
Şuşa Qlobal Media Forumu FOTOLARDA
Avropa Komissiyasının Prezidenti sabah Kiyevə səfər edəcək
FHN: Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Peskov Mertsin Rusiya olmadan Ukrayna üçün zəmanətlərin hazırlanması açıqlamasını tənqid edib
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar, məktəbin təməli qoyulub - FOTO
Ağdərədə avtomobil aşıb, ər-arvad ölüb
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Moldova Rusiyaya nota verib
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarının sonuncusuna zərbə endirib
ƏƏSMN növbəti dəfə BMT-nin müsabiqəsində qalib olub
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub
Masallıda yük maşını yanıb - VİDEO
Babək prospektində açıq ərazidə yanğın söndürülüb - FOTO - YENİLƏNİB - VİDEO
“Azərsun Holdinq” Milli mətbuat Günü münasibətilə tədbir keçirib - FOTO
Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü qeyd edilib
Prezident İlham Əliyevin sosial media hesabında Slovakiya Prezidentinin Şuşa səfəri ilə bağlı videoçarx paylaşılıb