Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 08 may 2008 08:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 7-də saat 11.00-dan 19.30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmiraxpyur və Çinarlı kəndləri sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Koxa Nəbi, Əslik Cırdaxan kəndləri sahəsində yerləşən mövqelərini, saat 14.10-dan 21.00-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 18.40-dan 18.55-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərindən,
mayın 8-də saat 01.50-dən 02.00-dək Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR