Bank Of Baku

Şuşanın işğalının 16-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib

Şuşanın işğalının 16-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım mərasimi keçirilib
# 08 may 2008 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, şəhidlərin məzarı ziyarət olunub, Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Nizami Bəhmənov Şuşanın siyasi çəkişmələrin qurbanı olduğunu deyib. O bildirib ki, Şuşanın müdafiəsi zamanı 480 nəfər şəhid olub, 1860 adam isə yaralanıb: “Biz Şuşaya heç kimin vasitəçiliyi ilə deyil, Azərbaycan Ordusunun hərbi əməliyyatlarından sonra birdəfəlik qayıdacağıq”.
Qeyd edək ki, 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri qədim Azərbaycan şəhəri olan Şuşanı işğal edib. İşğal zamanı 480-dən artıq mülki şəxs qətlə yetirilib, 2000-ə yaxın adam yaralanıb, 22 mindən artıq şəxs isə məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara məxsus 279 tarixi abidə, 44 məktəb və digər mədəni abidələr isə dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR