Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 09 may 2008 07:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Düşmən bölmələri mayın 8-də saat 14.10-dan 16.10-dək Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Qaravəllilər kəndi və Tovuz rayonunun Ağdam kəndi sahəsində yerləşən mövqelərini, saat 13.15-dən mayın 9-u saat 07.05-dək ara-sıra Xocavənd rayonu ərazindəki adsız yüksəkliklərdə və Kurapotkino kəndində yerləşən mövqelərindən, saat 22.15-dən saat 22.30-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı mövqelərindən, mayın 9-u saat 01.40-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 05.15-dən 05.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 06.30-dan 07.00-dək ara-sıra Füzuli rayonu ərazindəki adsız yüksəkliklərdə, Qərvənd və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR