Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 10 may 2008 07:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri mayın 9-da saat 12.45-dən 13.10-dək Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsində yerləşən mövqelərini, saat 16.45-dən mayın 10-u saat 02.05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.20-dən saat 22.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 10-da saat 00.10-dan 01.25-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR