Qeydiyyatsız dini icmaların fəaliyyətini qadağan edən qanun layihəsi Azərbaycan Milli Məclisinə tövsiyə olunub
Milli Məclisin Qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov qanuna təklif olunan əlavə və dəyişikliyi şərh edib. Onun sözlərinə görə, əlavə və dəyişikliklərdən bir qismi referendumdan irəli gələn məsələlərlə bağlıdır. L. Hüseynov deyib ki, təklif olunan dəyişikliklərə əsasən, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilər: “Dini qurumlara, eyni zamanda yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunan ünvanda fəaliyyət göstərməyə icazə verilir”. L. Hüseynovun sözlərinə görə, dini qurumların fəaliyyəti və ya onların qarşısına qoyduğu məqsədlər Azərbaycan Konstitusiyasına zidd olduqda, yaradılan qurum dini qurum qismində tanınmadıqda və digər hallarda onların qeydiyyata alınmasından imtina edilə bilər: “Eyni zamanda, dini qurumların qeydiyyatı yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər. Hər hansı dini qurumun fəaliyyəti dünyəvi təhsilin alınmasına mane olduqda, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulması, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər ekstremist əməllərə yönəlik hərəkətlər edilməsi, dini etiqadın, dini həyat tərzinin və ya ibadətlərin zor işlədilməklə, zor işlədilməsi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq, yaxud insanlar arasında nifaq salma məqsədi ilə təbliğ olunması, dini etiqada məcbur etmə, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd dinin yayılması və ya təbliğ edilməsi halları qeydə alındıqda dini qurumun qeydiyyatı ləğv oluna bilər”.
Qanuna təklif olunan daha bir dəyişikliyə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanın razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.
Müzakirələrdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu dəyişiklikləri zamanın tələbi adlandırıb. Komitə sədri deyib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər dini etiqad azadlığının daha əhatəli təmin olunmasına xidmət edir.
Deputat Qüdrət Həsənquliyev isə ölkədə radikal fəaliyyətlə məşğul olmayan, lakin böyük dini təbliğat kampaniyası həyata keçirən icmaların olduğunu deyib: “Bir neçə gün əvvəl “Gülüstan” sarayında Heydər Əliyevə həsr olunan tədbirə dəvət olunmuşduq. Orada bizə bir jurnal hədiyyə etdilər. Həmin jurnal başdan-başa nurçuluğun və Fətullah Gülənin təbliğatına həsr olunmuşdu. Nurçular dini icma kimi qeydiyyata alınmasalar da, müxtəlif təşkilatlar, o cümlədən “Çağ Öyrətim” şirkəti vasitəsi ilə fəaliyyətlərini həyata keçirməkdədirlər. Dini icmaların hüquqi ünvanlarının onların fəaliyyət göstərdikləri yerlərə dəyişdirilməsi də çox vacibdir”.
Müzakirələrdə çıxış edən QMİ-nin sədr müavini Salman Musayev dini qurumların qeydiyyatının ləğv edilməsi üçün xüsusi komissiya yaradılmasını təklif edib. S. Musayev eyni zamanda, baş örtüyü məsələsinə qanunda aydınlıq gətirilməsinin zəruri olduğunu deyib: “Bu məsələ ilə bağlı bizə şikayətlər daxil olur”.
S. Musayev də QMİ-nin səlahiyyətlərinin artırılmasının zəruri olduğunu deyib. O, eyni zamanda, son vaxtlar bəzi televiziyalarda falçılığın təbliğ edildiyini, bunun isə milli-mənəvi dəyərlərə zidd olduğunu deyib.
Deputat Fazil Mustafa da QMİ-nin səlahiyyətlərinin artırılması ilə bağlı təklifi dəstəkləyib. Onun sözlərinə görə, indiki vəziyyətdə dini icmalara münasibətdə ziddiyyət yaranır: “Bu gün, həmçinin Azərbaycanda ziyarətgahların statusu müəyyənləşdirilməlidir. Hazırda ölkədə 500-ə qədər ziyarətgah fəaliyyət göstərir”.
Deyilənlərə cavab olaraq, Hidayət Orucov ziyarətgahların dini icma kimi qeydiyyatdan keçdiyini diqqətə çatdırıb: “Lakin indiyə kimi cəmi yeddi ziyarətgah qeydiyyatdan keçib”.
Müzakirələrdən sonra qanuna təklif edilən əlavə və dəyişiklik parlamentə tövsiyə olunub.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq