Azərbaycan Milli Məclisi qeydiyyatsız dini icmaların fəaliyyətini qadağan edən qanunu qəbul edib
Millət vəkili Qüdrət Həsənquliev isə çıxışında bildirib ki, dini icmaların hüquqi ünvan kimi mənzillərdə qeydə alınmasına icazə verilməməlidir. Deputat bu günlərdə Heydər Əliyevlə bağlı keçirilən tədbirdə Fətullah Gülənin təbliğinə həsr olunan jurnalın paylanması məsələsinə də toxunub: “Bu, ən azı etik normalara ziddir”.
Millət vəkili Gültəkin Hacıbəyli bildirib ki, cəmiyyətə yad təsirlərin olması, missionerliyin yaranması gənclərin dinimizi tanımamalarından irəli gəlir: “Gerçək İslamı təbliğ etmək lazımdır. Azərbaycanda isə anormal vəziyyət hökm sürür. Allahla bəndə arasında vasitəçilik edənlər var”. Yas mərasimlərində israfçılığa yol verməyin düzgün olmadığını deyən G. Hacıbəyli ziyarətgahlara tapınmağın Allaha şərik qoşmaq olduğunu da qeyd edib. Deputat deyib ki, Gürcüstanda 600 min azərbaycanlı yaşayır, amma orda İslam dininin vəziyyəti çox bərbaddır: “Azərbaycanlıların bəzi yas mərasimlərində çaxır içirlər, ölünü 5-6 gün saxlayandan sonra dəfn edirlər, qəbiristanlıqlara xaç vururlar”.
Deputat Fəzail Ağamalı isə Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasını təklif edib.
Spiker Oqtay Əsədov da layihə ilə bağlı fikirlərini bildirib: “Burda elə fikirlər səsləndi ki, guya biz İslam dininə qarşıyıq. Əslində isə elə deyil. Bizim məqsədimiz dinimizi parçalanmaqdan qorumaqdır. Biz tolerantıq. Amma heç kim bizim dini parçalamağa cəhd etməməlidir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da çıxış edib. Komitə sədri deyib ki, Azərbaycandan bəzi gənclər müxtəlif vasitələrlə xaricdə dini təhsilə cəlb olunurlar: “Bəzən onların təhsili 10-12 ilə qədər uzadılır”. Müstəqillik dövründə Azərbaycanda 588 məscidin tikildiyini qeyd edən komitə sədri onlardan 92-nin xarici ölkələr, qalanlarının isə Heydər Əliyevin hakimiyyəti dövründə dövlət tərəfindən inşa olunduğunu vurğulayıb: “Azərbaycanda 500-dən çox ziyarətgah var. Onların kiçik bir hissəsi qeydiyyatdan keçib. Azərbaycanda təkcə 144 “Quran” kursu var”.
H. Orucov onu da deyib ki, bu qanuna əlavə və dəyişikliklərin qəbul edilməsi cəmiyyətdə dinlə bağlı narahatlıqları aradan qaldırmağa yönəlib”.
Müzakirələrdən sonra qanununa əlavə və dəyişikliklər qəbul olunub.
İclasda, həmçinin, Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə əlavə və dəyişiklik edilib.
Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin bir qismi referendumdan irəli gələn məsələlərlə bağlıdır. Dəyişikliklərə əsasən, dini qurumlar yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə biləcək, eyni zamanda onlara yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunan ünvanda fəaliyyət göstərməyə icazə verilir. Dini qurumların fəaliyyəti və ya onların qarşısına qoyduğu məqsədlər Azərbaycan Konstitusiyasına zidd olduqda, yaradılan qurum dini qurum qismində tanınmadıqda və digər hallarda onların qeydiyyata alınmasından imtina edilə bilər. Eyni zamanda, dini qurumların qeydiyyatı yalnız məhkəmə qərarı ilə ləğv edilə bilər. Hər hansı dini qurumun fəaliyyəti dünyəvi təhsilin alınmasına mane olduqda, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına, terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və digər ekstremist əməllərə yönəlik hərəkətlər edilməsi, dini etiqadın, dini həyat tərzinin və ya ibadətlərin zor işlədilməklə, zor işlədilməsi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq, yaxud insanlar arasında nifaq salma məqsədi ilə təbliğ olunması, dini etiqada məcbur etmə, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd dinin yayılması və ya təbliğ edilməsi halları qeydə alındıqda dini qurumun qeydiyyatı ləğv oluna bilər.
Qanuna təklif olunan daha bir dəyişikliyə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçiriləcək.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq