Üç dinin müqəddəs şəhəri Qüdsdən reportaj - FOTOSESSİYA
Şərqi və Qərbi Qüds
Bu gün Qüds şəhəri yəhudi anklavı olan Qərbi Qüdsə və əsasən ərəblərin yaşadığı Şərqi Qüdsə bölünür. Bu konqlomeratın mərkəzində qədim uca divarlarla dövrələnmiş tarixi Qüdsün bir çox xəzinələrini öz ağuşuna almış Köhnə Şəhər yerləşir. Bu bölgüyə dəqiqliklə riayət olunur, məsələn Qərbi Qüdsə işləyən avtobuslar heç vaxt ərəblərin yaşadığı bölgələrdən keçmir, ərəb bölgəsinin avtobusları da Qərbi Qüdsdən yan ötürlər. Əgər şəhərin bir yerindən digər yerinə getmək lazımdırsa, mütləq taksidən istifadə etməlisən. İsrail vizasına malik turistlər və digər şəxslər heç bir maneə olmadan şəhərdə səyahət edə bilərlər, amma hər fələstinlinin belə hüququ yoxdur. Məsələn, Köhnə Şəhərə getmək üçün fələstinli xüsusi İD icazə vərəqəsinə malik olmalıdır. Lakin şəhərin hissələrə bölünməsi ilk baxışdan göründüyü kimi sadə deyil. Qüds şəhəri ayırıcı sədlə iki yerə bölünüb, bu sədd İsraili İordan çayının qərb sahilindən ayırır. Ayırıcı divarın tikintisinə 2003-cü ildə başlanıb, ilk vaxtlar bu divarın 703 kilometr olması nəzərdə tutulurdu, lakin divarın tikintisini başa çatdırmaq mümkün olmayıb. Divarın 20 faizi İsraillə İordan çayının qərb sahili arasındakı “yaşıl xətdən” keçmir, əksinə Fələstin ərazisinə burularaq qərb sahilinin 10 faizini İsrailin ərazisinə qatır. İsrail 8 metr hündürlüyü olan bu divarın tikintisini təhlükəsizliyin təmin olunması və fələstinlilər tərəfindən terror təhlükəsinin azaldılması istəyi ilə əsaslandırır.
İlk baxışdan doğurdan da görülən tədbirlər nəticəsində təhlükə kifayət qədər azalıb, amma nəticədə vətəndaş sənin hər hansı buraxılış məntəqəsindən divarın o tayına buraxılıb-buraxılmayacağını bilmir. Ərəblərin yaşadığı Vifliyemə baş çəkməyə hazırlaşan qrupumuz məsələn bu şəhərə daxil ola bilmədi. Həmin gün şəhərə buraxılış heç bir izahat verilmədən dayandırılmışdı. Qüds sakinlərindən öyrəndik ki, hərbçilərin şəhərə daxil olmağa qadağa qoyması və bunun səbəbini izah etməməsi adi hal alıb. Həm də bizim qrupun gəldiyimiz yolla geri qayıtmasına icazə verilmədi, buna görə də avtobus ayırıcı divar boyunca başqa yolla geri qayıtmalı oldu. Nəticədə Vifliyemdən Qüdsə qədər 20 dəqiqəlik yolu iki saata qət etməli olduq.
Əksər fələstinlilər üçün Qüdsə giriş qadağandır. Onların bir çoxunun ayırıcı divarı keçmək hüququ yoxdur. Bu qadağa yalnız xüsusi buraxılış vərəqəsi almağı bacarmış yalnız çox az sayda fələstinliyə şamil edilmir. Yerli sakinlərin sözü ilə desək, ayırıcı divar uşaqları oxuduqları məktəblərdən, insanları xəstəxanalardan, fermerləri öz torpaqlarından, bəzi ailələri, qohumları bir-birindən ayrı salıb.
İsrailin “İr Amin” qeyri-hökumət təşkilatının rəhbəri Ehud Uzielinin sözlərinə görə, ayırıcı divar fələstinlilərin bir çox hüquqlardan məhrum edib: “İsrail divarı təhlükəsizlik səbəbilə tikib. İordan çayının qərb sahilində yaşayan fələstinlilərin Qüdsə gəlmək hüququ yoxdur. Bu çıxış yolu deyil, problemi fələstinlilərin hüquqlarını pozmadan həll etmək lazımdır”. Bu gün Qüdsdə yaşayan fələstinlilər mülkiyyət hüququna sahib olmadan yalnız birmərtəbəli ev tikə bilərlər. Bu səbəbdən fələstinlilər zaman-zaman Qüdsü tərk edərək ayırıcı səddin o tayında – İordan çayının qərb sahilində məskunlaşmağa məcbur qalır.
Şərqi Qüdsdə tikintilər
İsrail hökuməti isə Qüdsün şərq hissəsində 1,600 yeni evin tikintisini həyata keçirir və bununla onsuz da şəhərdə tükdən asılı olan “status-kvo”nu daha da pozmuş olur. Bu səbəbdən hər cümə günü Şərqi Qüdsün Şeyx Cərrah küçəsində İsrail hökumətinin bu məhəllədə yəhudilər üçün evlər inşa etməsi siyasətinə qarşı etiraz aksiyaları keçirilir. 200-300 insanın iştirak etdiyi belə aksiyalardan birinə qatılmaq imkanım oldu. İnsanlar “Qüds iki ölkə üçün iki paytaxtdır” şüarı səsləndirirdilər. Aksiya iştirakçılarının əksəriyyəti gənclər idi, nümayişə fələstinlilərlə yanaşı, hökumətin Şərqi Qüdsdə evlər tikmək siyasətini dəstəkləməyən israillilər də qatılmışdı. İsrail polisi aksiyanı dağıtmaq üçün zərrə qədər cəhd göstərmir, nümayişi yalnız seyr etməklə məşğul idi.
“İr Amin” qeyri-hökumət təşkilatının rəhbəri Ehud Uzielin deyir ki, Qüdsdə yaşayan yəhudilərin 40-45 faizi sülh və əmin-amanlıq naminə şəhərin iki xalq arasında bölünməsinə razıdır. Yəhudilərin 15 faizi ideoloji baxışlardan çıxış edərək bu təklifi qəbul etmir, bir o qədər yəhudi isə düşünür ki, bu cür bölgü çox təhlükəli olardı.
Qüds – üç səmavi dinin müqəddəs şəhəri
Hətta Qüds iki hissəyə bölünsə, İsrail və Fələstin muxtariyyətinin rəsmi paytaxtı statusu alsa belə mərkəzi hissənin - Köhnə Şəhərin statusu müəyyənləşdirmək çox çətin olacaq. Axı qədim qala divarları ilə dövrələnmiş bu ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir və inanclı insanların əksəriyyəti bura can atırlar. Müsəlmanlar üçün Qüds –Əl-Əksa məscidinin yerləşdiyi müqəddəs şəhərdir. Yəhudilər üçün Qüds – İbrahim (Avraam) peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud (David) peyğəmbərin şöhrət qazandığı şəhərdir. Xristianlar üçün Qüds İsa (İusus) peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi müqəddəs şəhərdir.
Köhnə Şəhərə yeddi qapıdan birindən keçməklə daxil olmaq olar. Biz buraya Dəməşq qapılarından – Şərqi Qüdsə aparan ən böyük yoldan keçərək daxil olduq. Qərbi Qüdsdən isə Köhnə Şəhərə yalnız Yaff qapılarından keçərək daxil olmaq mümkündür. Köhnə Şəhər dörd məhəllədən - müsəlman, yəhudi, xristian və erməni məhəllələrindən ibarətdir. Dəməşq qapılarından keçərək əsrarəngiz və Yaxın Şərqin ən böyük bazarı olan müsəlman məhəlləsinə daxil oluruq. Bura alış-veriş etmək istəyənlərin üçün əsl tapıntıdır. Burada almaq istədiyiniz malın qiymətini 3-4 dəfə, bəzən isə 10 dəfə aşağı endirmək olar. Bazardan bir qədər uzaqda Qüdsün ən böyük məscidi, müsəlmanların ilk qibləsi olan Əl-Əqsa (Həram üş-Şərif) məscidi yerləşir. Qurana görə, Məhəmməd peyğəmbər (s.a) merac zamanı Allah tərəfindən Kəbədəki Məscidi Həramdan götürülərək Əl-Əqsa məscidinə aparılıb. Məscidin tikintisi Ömər ibn Xəttab tərəfindən başlanıb, 713-cü ildə xəlifə Abdulla Valid tərəfindən başa çatdırılıb. Təəssüf ki, məscidə daxil ola bilmədim, cümə günləri məscid turistlər üçün bağlı olur. Mənim müsəlman deyil, xristian olduğumu biləndə, başqa gün gəlməyimi məsləhət gördülər.
İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud Kədər Yolu məhz müsəlman məhəlləsindən başlayır. Kədər Yolu - İsa peyğəmbərin Pontiy Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. Kədər Yolu İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.
İudaizmin müqəddəs yeri sayılan – Ağlama Divarına baş çəkmək üçün əvvəlcə hava limanında olduğu kimi metalaxtaran cihaz vasitəsilə yoxlamadan keçməlisən. İsrail hakimiyyət orqanları burada da təhlükəsizlik tədbirlərini son dərəcə həssaslıqla həyata keçirirlər. Məbəd Kompleksindən salamat qalmış yeganə hissə olan bu divar Ağlama Divarı adlanır. Yəhudilər buraya məhv olmuş Məbədə kədərlərini ifadə etmək üçün gəlirlər. Abidlər bura dua etməyə gəlir, bəziləri arzularını kağıza yazaraq divardakı deşiklərə soxurlar. Onlar ümid edir ki, Tanrı onların dualarını eşidəcək.
Qüdsün statusu – qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Bu gün “Yaxın Şərq dördlüyü” tərəfləri yenidən danışıqlar masası arxasında əyləşdirməyə və 60 ildən artıqdır davam edən münaqişəni “ölü nöqtədən” tərpətməyə yönəlmiş səylərini davam etdirir. Lakin ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyən qalıb.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib