Hidayət Orucov: “Keçmişdə baş vermiş kədərli hadisələrə bədənə xəsarət yetirməklə hüzn saxlamaq kimi hərəkətlərin islah olunmasının vaxtı çatıb”
H. Orucov Ermənistan adlanan işğalçı dövlətin Azərbaycana təcavüzünün həmin süniliyin bariz nümunəsi olduğunu bildirib: “Eyni bir dövlətin tam hüquqlu vətəndaşları öz etnik-dini mənsubluqlarını hər hansı bir elementlə, yaxud adət-ənənələri ilə büruzə verməyə çalışırsa, onların bu addımını ictimai qınağa çevirmək, kütləvi informasiya vasitələrində ələ salmaq, cərimələr kəsmək, işdən azad etməklə qorxutmaq mədəniyyətsizlikdir. Beləliklə, mədəniyyətlə bağlı olan məsələ ictimai çərçivədən çıxarılaraq qərəzli, hətta cinayətkar məqsədlərə yönəldilir. Tarixi təcrübə göstərir ki, super dövlət olmaq heç də həmişə super mədəniyyətin daşıyıcısı olmaq deyil və mədəniyyətlərarası dialoqda o super dövlət adı ilə deyil, mədəniyyət tarixinin də göstəricisi olan ənənəvi mövqeyi, beynəlxalq əhatə dairəsi, insan azadlığının səviyyəsi ilə təmsil oluna bilər. Deməli, Ümumdünya Mədəniyyətlərarası Dialoq sisteminin yaradılmasından söhbət gedirsə, öncə meyarlar müəyyənləşdirilməli və bu seçim “kim-kimə hansı mədəniyyəti gətirib” prinsipi ilə deyil, bizi birləşdirən mədəni amillər üzərindən aparılarsa, daha məqsədə uyğun olardı. Azərbaycan təcrübəsindən çıxış edərək bildirmək istəyirəm ki, ölkəmizdə mədəniyyətin və dinlərarası münasibətlərin dünyəvilik prinsiplər əsasında formalaşmasında Heydər Əliyevin din siyasəti etalon xarakteri daşıyır”.
H. Orucov bildirib ki, əsrlər boyu Azərbaycanda çoxsaylı etnosların yaşamasına və dini tərkibin müxtəlif olmasına baxmayaraq, hər etnos milli-mədəni kimliyini qoruyub saxlayıb, bu zəmində vətəndaş qarşıdurması baş verməyib: “Ona görə də düşünürəm ki, bu gün ancaq ümumdünya mədəniyyətlərarası dialoqunda hər mədəniyyətə hörmətlə yanaşmaq mövqeyindən çıxış edərək, yeni birləşdirici sistemlərin işlənib hazırlanmasından söhbət gedə bilər. Qəti əminəm ki, hər mədəniyyətdə ilk başda yad görünə biləcək başqa bir mədəniyyətin izini tapmaq və buna söykənərək planetimizi yeni dəyərlərlə zənginləşdirməkdən mənəvi zövq almaq hissi bizim hər birimizə yad deyil. Təəssüflə bildirirəm ki, demokratik dəyərlərdən sui-istifadə edən bəzi etnik qruplar qanuna zidd üsul və metodlarla ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə etməyə, həyat tərzini zorla dəyişdirməyə cəhd göstərir, bilərəkdən milli-dini dözümsüzlük, ayrı-seçkilik təbliğ edirlər. Onların fəaliyyətində yüksək mədəniyyət göstəricisi olan ictimai-siyasi fikri pozmaq, dini zəmində iğtişaşlar törətmək, maliyyə dəstəyi ilə şantaj üsulları ilə vətəndaşları ələ alıb terrorçuluğa sürükləmək, bədənə xəsarət yetirmək kimi təhlükəli faktlar mövcuddur. Mədəniyyətlərin dialoqu bu cür arzuolunmaz hallara qarşı eyni cəbhədən çıxış etməlidir. Bəhs etdiyimiz mövzu ilə bağlı etiraz doğuran məqam odur ki, yüksək və müasir mədəniyyət adından bəzən səviyyəsiz və yersiz aparılan debatları, başqasının daxili işinə qarışmağı zorla dövlətin din və mədəniyyət münasibətləri çərçivəsinə salmağa çalışırlar. Dövlət qurumlarının qanunsuzluğun qarşısının alınması, ictimai asayişin qorunması istiqamətində gördükləri işlər isə amirlik üslubu, mədəniyyətsizlik əlaməti kimi təqdim etməyə cəhd göstərilir. Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar da hərdən qərəzli təsirlər altına düşür. Bəzilərinin nəzərində mədəniyyətin səviyyəsi ictimai asayişin pozulmasına göz yummaqla ölçülür. Lakin bir daha xatırladıram ki, dinin aliliyini qorumağa yönəldilmiş prinsipiallıq həm dindəndir, həm də mədəniyyətdən. Ola bilsin ki, din adından danışan bəzi şəxslər islahat aparılması anlayışını heç cür qəbul etməsin, ancaq müasirlik nəzərə alınmadan bəzi dini atributları kor-koranə tətbiq etmək, keçmişdə baş vermiş kədərli hadisələrə bədənə xəsarət yetirməklə hüzn saxlamaq və s. kimi hərəkətlərin islah olunmasının vaxtı çatıb. Bəzən “Din mədəniyyətdir” müddəasını səhv qavrayanlarla rastlaşırıq. Onların fikrincə, ilahiyyatdan gələn mənəviyyat fəlsəfi-dini mədəniyyətə ziddir və ayrı-ayrı tərkib hissələrdir. Lakin əminliklə qeyd edirik ki, “Din mədəniyyətdir” müddəası dünyəvi qanunların yüksək və saf mənəvi ölçülərlə önə çəkilməsində ehtiva olunur”.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib