Dəvəçidə nurçuluq cərəyanını təbliği ilə məşğul olan Sumqayıt sakinləri saxlanılıblar
17 aprel 2007 11:17 (UTC +04:00)
Dəvəçi rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yerli polis əməkdaşları Elnur Səlimov və Elnur İmanquliyevi rayonun 20 yanvar küçəsindəki 29 nömrəli evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı tutublar. İstintaq zamanı hər iki şəxsin dini ekstremizmə aid ədəbiyyatları qanunsuz yaymaları faktı aşkarlanıb. Dəvəçi Rayon Məhkəməsindən isə APA-ya bildirilib ki, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 310.1 maddəsi ilə şərti maliyyə vahidinin 20 misli məbləğində (22 manat) cərimə olunaraq sərbəst buraxılıblar. /APA/
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024