Bakıdakı katolik kilsəsinin mühafizəsi gücləndirilib

Bakıdakı katolik kilsəsinin mühafizəsi gücləndirilib
# 25 aprel 2007 13:42 (UTC +04:00)
Aprelin 29-da Bakıda inşa edilmiş “Müqəddəs Məryəm” katolik kilsəsinin qeyri-rəsmi açılışı olacaq. Bakı katolik kilsəsinin rəhbəri Yan Çapla APA-ya bildirib ki, bazar günü kilsədə ilk ibadət keçiriləcək. Mərasimi Vatikanın Azərbaycandakı nümayəndəsi Klaudio Qucerotti idarə edəcək. Kilsənin rəsmi açılışının isə Vatikanın dövlət katibi Tarçizio Bertonenin iştirakı ilə ya iyul, ya da sentyabr aylarında keçirilməsi planlaşdırılır. Bu yaxınlarda baş vermiş yanğının kilsəyə vurduğu zərərlə bağlı sualı cavablandıran Y. Çapla dəymiş ziyanın 8 min manat təşkil etdiyini açıqlayıb. Həmin insidentdən sonra kilsə rəhbərliyi mühafizənin gücləndirilməsi xahişi ilə dövlət orqanlarına müraciət edib. Müraciətin nəticəsi olaraq bu gündən etibarən kilsənin qarşısında mühafizə postu yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR