Allahşükür Paşazadə: “Bakıda tolerantlıq mövzusunda konfransın keçirilməsi Azərbaycanın dünyada özünəməxsus yer tutduğunu göstərir”

Allahşükür Paşazadə: “Bakıda tolerantlıq mövzusunda konfransın keçirilməsi Azərbaycanın dünyada özünəməxsus yer tutduğunu göstərir”
# 26 aprel 2007 10:02 (UTC +04:00)
“İslam Konfransı Təşkilatının tolerantlığın inkişafında medianın roluna həsr olunmuş konfransının Azərbaycanda keçirilməsi olduqca önəmlidir. Bu fakt Azərbaycanın dünyada özünəməxsus yer tutduğunu göstərir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə verib. Onun sözlərinə görə, bu konfransın İKT xətti ilə Azərbaycanda keçirilməsi təşkilatın ölkəyə siyasi dəstəyini göstərir: “Bu tədbir bizim öz haqq səsimizi dünyaya çatdırmağımıza kömək edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR