Hidayət Orucov: “Qubada radikal dini təriqətlərin təsiri hiss olunur”
07 may 2007 13:48 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, H. Orucov çıxışında bildirib ki, əvvəllər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində boşluqlar olub və bununla əlaqədar bəzi problemlər ortaya çıxıb. O, Qubada müxtəlif radikal dini təriqətlərin təsirinin hiss olunduğunu və buna qarşı xüsusi tədbirlər görüləcəyini bəyan edib. Komitə sədri Qubadakı 49 məsciddən 9-nun qeydiyyatdan keçdiyini, 74 ziyarətgahın sənədlərinin isə qaydasında olmadığını deyib. H. Orucov dini ocaqların və ziyarətgahların qanuni şəkildə qeydiyyata alınacağını açıqlayıb.
Qeyd edək ki, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Avropa yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç və Bakıdakı rus pravoslav kilsəsinin yepiskopu Konstantin Ata da Quba-Xaçmaz bölgəsində səfərdədir. /APA/

Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024