“Çox yaxşı olardı ki, Qərb ölkələri dini tolerantlığı Azərbaycandan öyrənəydi”
- Elmir müəllim, Siz Qurani-Kərimi məna cəhətdən rus dilinə tərcümə etmisiniz. Bu iş Rusiyanın Müftilər Şurası tərəfindən yüksək qiymətləndirilib. Bu işə nə qədər vaxt sərf etmisiniz?
- Məşhur ərəbşünas alim Əmirşah Əmirəhmədovla tanış olanda, heç birimiz güman etməzdik ki, onun elmi fəaliyyəti məndə də Qurani-Kərimi tərcümə etməyə maraq oyadacaq. Əmirşah müəllim artıq neçə illərdir ki, Quranı Azərbaycan dilinə tərcümə etməklə məşğuldur. Onun tərcüməsi mənzum xarakter daşıyır və bu iş məna cəhətdən tərcümədən daha çox vaxt aparır. Əminəm ki, tərcüməni bitirəndən sonra onun bu işini dünya ədəbiyyatının şah əsəri adlandırmaq olacaq. Tale belə gətirdi ki, mən Qurani-Kərimin məna cəhətdən tərcüməsini müəllimimdən tez bitirdim. Bu, 5 ilə yaxın vaxt apardı. Elmi redaktə və şərhlərin hazırlanması əlavə iki il tələb etdi. 2002-ci ildə Mədinə şəhərində Quranın tərcüməsi üzrə keçirilən beynəlxalq konfransda iştirak etməyim iş prosesində mühüm mərhələyə çevrildi. Müxtəlif ölkələrdən olan 60-dan artıq mütəxəssis və ərəbşünasla təcrübə mübadiləsi tərcüməmə elmi cəhətdən daha savadlı yanaşmağıma imkan yaratdı. Nəticədə 2004-cü ildə Moskvada Quranın rus dilinə tərcüməsinin yeni redaksiyası işıq üzü gördü. Sonralar bu iş Səudiyyə Ərəbistanı və Qazaxıstanda da tanındı. Bu gün həmin tərcümənin nüsxələri Məkkə və Mədinənin müqəddəs məscidlərinin, həmçinin bir sıra ölkələrin camelərinin kitab rəflərini bəzəyir. Qazaxıstanda bu tərcümə prezident Nursultan Nazarbayevin şəxsi dəstəyi ilə dərc olunub. İslam mədəniyyətinin inkişafı və gücləndirilməsinə verdiyi dəyərsiz töhfəyə görə mən ona çox minnətdaram. Yaxın gələcəkdə Rusiyanın Müftilər Şurası ilə birlikdə Qurani-Kərimin məna tərcüməsinin yeni redaksiyasını dərc etməyi planlaşdırıram. Həmin nəşrdə üç il ərzində toplanmış şərhlər nəzərə alınacaq. Bundan başqa, kitaba ayrı-ayrı ayələrin tərcüməsində xüsusiyyət və çətinliklərinə aid olan yeni maraqlı şərhlər əlavə olunacaq. Əminəm ki, bu, milyonlarla rusdilli müsəlmanlar üçün sevindirici sürpriz olacaq. Sentyabrda Moskva şəhərində “İslamşünaslıq” dərs vəsaiti işıq üzü görəcək. Bu kitabın müəlliflərindən biri mənəm.
- Azərbaycanda İslamın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?
- Prinsipcə, cəmiyyətdə İslama və onun yüksək mənəvi dəyərlərinə göstərilən maraq göz önündədir. Lakin ölkənin dini həyatının xüsusiyyətləri məni heç sevindirmir. Nüfuzlu dini liderlər arasında müasir cəmiyyətdə dinin rolunu doğru qiymətləndirənlər çox azdır. Onların əksəriyyəti dəyişiklərə tələbat duymayan və İslamı sosial tərəqqi amillərindən birinə çevirməyə qadir olmayan, ənənəyə əsaslanan xadimlərdir. Onlar ətraflarına təəssübkeş toplayaraq, İslama orta əsrlərin sonunda meydana çıxan baxışları təbliğ edirlər ki, həmin baxışlar müəyyən dərəcədə İslam dünyasının inkişafdan geri qalmasına və parçalanmasına gətirib çıxarıb. Halbuki İslam Yaxın Şərq, sonralar isə bütün İslam dünyası xalqlarının ictimai şüurunda inqilabi dəyişikliklərə təkan verən bir dindir. Qurani-Kərim axirət gününə qədər doğru yol göstərəcək müqəddəs kitabdır. Bu səbəbdən Qurani-Kərimin hər dövrdə düzgün anlaşılması elmi-fəlsəfi fikrin, sosial-mədəni tərəqqinin inkişafına, zamanın tələblərinə cavab verən ictimai institutların formalaşması və güclənməsinə kömək etməlidir. Təəssüf ki, Azərbaycanda İslamın cəmi 20 illik sürətli inkişafı ərzində bütün bunlar müşahidə olunmur. Məişət səviyyəsində dini ənənələrə münasibət xüsusi narahatlıq doğurur. Azərbaycanda meyitlər pulla yuyularaq kəfənə bürünür, qəbiristanlıqlardakı sahələr pulla satılır. Hətta mərhumların ruhu üçün Qurani-Kərimi də pulla oxuyurlar. Halbuki Quranda “Əl-Bəqərə” surəsinin 41-ci ayəsində deyilir: “Mənim ayələrimi ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!” Din xadimlərimizin əksəriyyətini savadsız mollalar təşkil edir ki, biz də onları yaslarda məclisin başında oturduruq. Halbuki onların çoxunun başqalarını öyrətməyə mənəvi haqqı yoxdur. Belə bir şəraitdə İslam mədəniyyətinin və mənəviyyatının inkişafından danışmaq qeyri-mümkündür. Cəmiyyət bu sahədəki özbaşınalığa diqqət yetirmədikcə, savadlı insanlar savadsız mollaların dediklərini dinləyəcək və hətta buna görə onlara pul ödəyəcək, Azərbaycanda İslamın səviyyəsi bərbad vəziyyətdə qalacaq.
- Azərbaycanda həyata keçirilən dini siyasəti qaneedici sayırdınızmı?
- Bütövlükdə dini icmalara münasibətdə hökumətin siyasəti dindarların haqlarının müdafiəsi və təmin edilməsinə yönəldilib. Prezident İlham Əliyevin bu yaxınlarda azanla bağlı yaranmış problemin həllində iştirakı təqdirəlayiqdir. Hesab edirəm ki, iqtidar bu məsələdə təkcə milli-dini ənənələrə dözümlülük deyil, həm də siyasi uzaqgörənlik nümayiş etdirdi. Şəriətə görə, azana qadağa qoyulan şəhərlər İslama qarşı çıxmış sayılır. Buna görə də azanın səsgücləndiricidən istifadə etməklə verilməsinə qadağa qoyulması dini ekstremistlərin dəyirmanına su tökər və qərəzkarların bir daha dindarların haqlarının məhdudlaşdırılmasından danışmasına əsas verərdi. Əqidə dindar olub-olmamasından asılı olmayaraq, hər bir vətəndaşın şəxsi işidir, bir şərtlə ki, zorakılığa çağırmasın və ictimai asayişə təhlükə törətməsin. Zənnimcə, dövlətin dindən ayrılması prinsipini məhz bu müstəvidə nəzərdən keçirmək lazımdır.
- Sizcə, Azərbaycan cəmiyyətində digər ölkələr üçün nümunə olan dini tolerantlığın mövcudluğunu nə ilə izah etmək olar?
- Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün tarixi vətəndir. Uzaq keçmişdə Azərbaycan ərazisində atəşpərəstlik yayılmışdı. Qafqaz Albaniyası IV əsrin əvvəlində xristianlığı dövlət dini elan edən ilk dövlətlərdən biri olub. Bəzi arxeoloqların fikrincə, yəhudi icmaları ölkəmizin ərazisində İslamın yayılmasından əvvəl məskunlaşıblar. VII əsrin ortalarında yerli əhali İslamı qəbul etməyə başlayıb ki, sonralar o, xalqımızın adət-ənənələrinə, yaşayış tərzinə və təsərrüfat fəaliyyətinə böyük təsir göstərib. Çoxsaylı etnik qrupların və dini konfessiyaların əsrlər boyu qədim torpağımızda yanaşı yaşaması nəticəsində yazılmamış birgə yaşayış qaydaları formalaşıb. Bu qaydalar nəsillərdən nəsillərə keçir. Biz təhtəlşüur səviyyədə dərk edirik ki, onlarsız həyatımızı xoşbəxt və gözəl edə bilməyəcəyik. Çox yaxşı olardı ki, Qərb ölkələri dini tolerantlığı bizdən öyrənəydi. /APA/
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib