Şeyxülislam Hacı Allahşükür Paşazadə: “Həcc ziyarətinin qiyməti qalxacaq” - EKSKLÜZİV
- Bu gün Azərbaycanda yas mərasimləri şəriət qaydalarına riayət olunmadan, həddən artıq təmtəraqlı keçirilir. Şeyxülislam kimi Sizin bu məsələyə münasibətiniz necədir?
- İslam şəriətinə görə, dünyasını dəyişən hər bir şəxs yuyulmalı, kəfənə bükülməli, ona meyit namazı qılınmalı və torpağa tapşırılmalıdır. Ümumiyyətlə, hər kəsin sağlığında öz kəfəni olmalıdır. Mənim də öz kəfənim var. Heç kəs bu dünyadan kəfəndən başqa bir şey aparmayıb. Torpağa tapşırılandan sonra məzarın üstündə işarə verən bir daş parçası qoyulmalıdır. Bundan sonra rəhmətə gedən şəxsin yaxınları təsəlli üçün bir-birinə başsağlığı verməli, səbir diləməli və onun kədərinə şərik olduğunu ifadə etməlidirlər. Dünyasını dəyişən insana verilən ehsan isə rəmzi səciyyə daşımalıdır. Yas məclisində bir stəkan çayla da kifayətlənmək olar. Ancaq bu gün nə baş verir? Sanki insanlar öz ölüləri üçün təmtəraqlı ehsan vermək uğrunda yarışırlar. Bəzən yası toydan seçmək olmur. Yas mərasimlərinə gedəndə adam heyrətə gəlir. Süfrəyə hər cür yeməklər, mer-meyvə, naz-nemət düzülür. Adamlar da bununla fəxr edib, rəhmətə gedən ölülərini çox istədiklərini nümayiş etdirməyə çalışırlar. Əslində isə bütün bunlar şəriətdə məqbul sayılmamaqla yanaşı, həm də insanlar arasında ayrı-seçkilik toxumu səpir. Ölüsünə ehsan verməyə imkanı olmayanlar, kasıb adamlar “geridə qalmaq”dan utanırlar. Bu gün Azərbaycanda insanların belə nümayişkaranə şəkildə ehsan verməsi düzgün deyil.
- Bəs bunun qarşısını necə almaq olar?
- Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bu cür əməlləri pisləyən qərarı var. Lakin hər şey qərarla bitmir. İnsanları təmtəraqdan çəkinməyə məcbur etmək olmaz. Kimə deyə bilərsən ki, sən öz yaxınının yasında müxtəlif cür yeməklər vermə? Bunun üçün maarifləndirmə işi aparmaq, adamları düz yola dəvət etmək lazımdır. Mənə elə gəlir ki, insanlar üçün şəxsi nümunə göstərmək mütləqdir. Əgər ölüsünün yasında ən yüksək səviyyədə ehsan verməyə imkanı olan varlı adam hamının gözü qarısında sadəlik nümayiş etdirsə, bu, hər kəsə dərs olar. Ətrafdakılar baxıb görər ki, imkanı olanlar da sadə şəkildə ehsan verir. Yəni bunun bir dəb olmadığını İslam şəriətinin belə məsləhət bildiyini anlamaq lazımdır. Əslində yas mərasimlərində verilən ehsana çəkilən xərci başqa sahədəki problemlərin həllinə yönəltmək Allaha daha xoş gedər. Bu gün Azərbaycanda qocalar evi, internat məktəbləri, qaçqınlar və imkansız ailələr var. Məgər onlara kömək etmək olmaz? Yox, əgər kimsə savab qazanmaq istəyirsə, buyursun aztəminatlı insanlara əl tutsun.
- Son vaxtlar qəbiristanlıqlarda boş qəbirlərə rast gəlinir. Bəzi adamlar hələ dünyasını dəyişməmişdən özlərinə qəbir qazdırıb, hətta baş daşı da qoydururlar...
- Bu halı qəti şəkildə pisləyirəm. Bilmək olmaz özü üçün hazır qəbir saxlayan adamlara o yerdə dəfn olunmaq qismət olacaq, ya yox. Belə bir həqiqəti bilə-bilə özünə qəbir yeri götürmək ağılsızlıqdan başqa bir şey deyil. Digər tərəfdən də bu böyük günahdır. İndi başqa bir problem də yaranıb. Adamlar şəriəti pozaraq ölülərini dəfn edəndən sonra onların məzarının üstünü betonlayırlar. Elə adamlar var ki, rəhmətə gedən əzizlərinin üstündə sərdabə tikdirir, heykəl qoydurur, məzarın ətrafını dəmir çərçivəyə aldırır. Əslində isə bir neçə il keçəndən sonra məzar torpağa qarışmalıdır.
- Yas mərasimlərinin dini qaydalara uyğun keçirilmədiyini söylədiniz. Bəs toy mərasimlərinin keçirilməsindən necə, razısınızmı?
- Bayaq dediyim kimi, çox vaxt yasla toyu bir-birindən ayırmaq mümkün olmur. Bizim insanlar yas mərasimləri kimi, toy mərasimlərində də qaydaları pozurlar. Əslində toya dincəlmək, gözaydınlığı vermək, doğmalarla bir arada olmaq üçün gedirsən. Mən özüm tez-tez olmasa da, hərdən bir yaxın adamların toy mərasimində iştirak edirəm. İnanın ki, insan cəhənnəm əzabı çəkir. Toydan qayıdanda elə bil ki, daş daşımısan. Səs-küy bir tərəfə, musiqi səsindən qulaq tutulur. Buradan canını tez götürüb qaçmaq istəyirsən. Toylarda baş-alıb gedən israfçılığa xüsusi toxunmaq istəyirəm. Oturduğun stolda barmağını qoymağa yer tapmaq olmur. Axı belə israfçılıq kimə lazımdır? İnsanlar bununla nə demək istəyirlər, mən başa düşmürəm.
- Toydan söz düşmüşkən, son vaxtlar bəylə gəlinin nikahı şadlıq evlərində kəsilir. Bu nə dərəcədə doğrudur?
- Bu məsələ olduqca narahatedicidir. Nikah xüsusi qayda və şəraitdə bağlanmalıdır. Bir də görürsən restoran və şadlıq evlərində bəylə gəlinin əlinə içki badəsi verib nikahlarını kəsirlər. Axı insanlar arasında nikah bağlanılması böyük mərasimdir. Bu, dövlətçiliyin böyük bir atributudur, dövlətin bir hücrəsi sayılan ailə təchizatının əsasının qoyulması və ülvi məqamdır. Belə vəziyyətdə isə heç bir dövlətçilik qorunmur. Bu, həm də dövlətin qanunlarına hörmətsizlikdir. Sovet dövründə bəylə gəlinin nikahı bayraq və gerb qarşısında bağlanırdısa, bu gün bu ritual şampan qədəhi qarşısında həyata keçirilir. Demək istəyirəm ki, nikah mərasimi tərbiyəvi əhəmiyyət daşımalıdır. Bu sahədə nizam-intizam olmalıdır. İnsanlar məsuliyyəti başa düşməlidirlər. Hesab edirəm ki, dövlət bu məsələni diqqətdə saxlamalı, qaydalara əməl olunması təmin olunmalıdır.
- Siz demək olar ki, bütün müsəlman ölkələrini gəzmisiniz. Daha hansı müsəlman ölkələrində xeyir-şər mərasimləri bizdəki kimi keçirilir?
- Dünyanın heç bir müsəlman ölkəsində belə şey görməmişəm. Başqa müsəlman ölkələrində bizdəki kimi xeyir və şər mərasimləri yeyib-içmək üçün keçirilmir. Onu da deyim ki, yas mərasimlərinin şəriətə uyğun şəkildə keçirilməsi üçün bəzi işlər görürük. Bu ilin payızında təmir-bərpadan sonra istifadəyə veriləcək “Təzə pir” məscidində yas mərasimlərinin keçirilməsi üçün xüsusi yerlər olacaq. Eyni vaxtda doqquz ayrı-ayrı mərasimin keçirilməsinə imkan yaranacaq. İnsanlar əsl dini qaydalara riayət etməklə yas mərasimlərini keçirə biləcəklər. Orada həmçinin xeyir, yəni toy məclislərinin də keçirilməsi üçün yer hazırlamışıq. Yəni məsciddə xeyir və şər mərasimlərini keçirmək mümkün olacaq. Kimsə öz toyunu dini qaydalara uyğun şəkildə həyata keçirmək istəyirsə, bu şansdan istifadə edə biləcək. Bundan başqa, bəylə gəlin, adətən, digər müqəddəs yerləri ziyarət etdikləri kimi, məscidə də gələrək xoşbəxt ömrü sürmələri üçün dua edə bilərlər. Bəlkə də bununla müəyyən qayda-qanun yaratmaq mümkün oldu.
- Azərbaycan dünyada tolerant ölkə kimi tanınsa da, bəzən ayrı-ayrı dini təriqət üzvlərinə təzyiqlərin olması haqda məlumatlar yayılır.
- Bir də görürsən konkret cinayət törədən bir adam məsələni ictimailəşdirmək üçün çalışdığı sahəni, yaxud da mənsub olduğu əqidəni ortaya atır. Bu tamamilə səhvdir. Bu ölkədə heç kim deyə bilməz ki, dini inancına görə həbs edilib və ya ona təzyiq göstəriblər. Ola bilər ki, hansısa dini təriqətin üzvü həbs edilsin, lakin bu, ancaq onun qanunu pozan əməlləri ilə bağlı ola bilər. Yoxsa kiminsə saqqal uzatdığına, hansı formadasa dua etdiyinə görə həbs olunmasını söyləmək gülməlidir. Yox, əgər dini etiqadına görə kimlərəsə təzyiq olunursa, mən bunu da pisləyirəm.
- Azərbaycanda yüzlərlə dini icma və təriqətlər fəaliyyət göstərir. Bunlar nə vaxtsa ölkə üçün ciddi təhlükəyə çevrilə bilərmi?
- Belə bir təhlükə heç vaxt ola bilməz. Dini təriqətlər Azərbaycana, əsasən 1990-cı illərin əvvəllərində ölkədə baş verən qarışıqlıqdan istifadə edib daxil olublar. Onların əksəriyyətinin beş-on üzvü ola, ya olmaya. Bu cür təriqətlərə inanan insanlar əhalinin çox az faizini təşkil etdiyindən heç bir təhlükədən söhbət gedə bilməz.
- Bir neçə gün əvvəl Rusiyada rəsmi şəkildə qadağan olunan nurçuluğun Azərbaycanda geniş yayıldığı və gələcəkdə ölkə üçün real təhlükəyə çevriləcəyi söylənilir.
- Mən bu barədə heç nə deyə bilmərəm. Yenə də bildirirəm ki, hansısa dini təriqət və ya icma haqqında danışanda mütləq əlində əsas olmalıdır.
- Dindarların prezident seçkilərində İlham Əliyevə səs verəcəyi haqqında çıxışınız birmənalı qarşılanmadı. Hətta bəzi dindarlar Sizi məsuliyyətli olmağa çağırdılar...
- Mən öz sözümün məsuliyyətini başa düşür və hansı sözü necə demək lazım olduğunu bilirəm. Mən bu sözü Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi demişəm və təmsil etdiyim insanların istəyini ifadə etmişəm. Hər kəsin təmsil etdiyi insanın adından danışmaq hüququ var. Kimsə özünü ortaya atıb, məsələni ayrı istiqamətə yönəltməyə çalışmasın. Bəzən həmin adamlar özləri başqasının səlahiyyətinə aid olan məsələyə müdaxilə edirlər.
- Builki Həcc ziyarətinə hazırlıq necə gedir?
- Həcc ziyarətinə hazırlıq başlanılıb. Çox güman ki, ziyarətlə bağlı qiymətlər bahalaşacaq. Bu, dünyada gedən inflyasiya və bahalaşma ilə bağlıdır. Yəni qiyməti biz özbaşına qaldırmırıq. Zəvvarlara göstərilən xidmətlər bahalaşır. Bundan başqa, zəvvarların rahat şəkildə ziyarətə getməsi üçün də bir sıra işlər görülüb. Avtobuslar tamamilə yenilənib. Yeni bağladığımız müqaviləyə əsasən, zəvvarları aparmaq üçün Türkiyədən son illərin istehsalı olan avtobuslar gətiriləcək. Biz Səudiyyə Ərəbistanı Krallığında zəvvarların qalması üçün otelləri beşillik müqavilə ilə icarəyə götürmüşük.
- Yaxınlarda hansı xarici ölkələrə səfərləriniz gözlənilir?
- Mayın ortalarında Orta Asiya ölkələrinə, sonlarında isə Fransa, Almaniya, İngiltərə və Səudiyyə Ərəbistanı Krallığına səfərlərim var. Bu ölkələrdə keçirilən konfranslarda iştirak edəcəyəm.
- Mümkünsə, 85 illik yubileyi təntənəli şəkildə qeyd olunan Heydər Əliyevlə bağlı xatirələrinizdən birini danışardınız...
- Bir dəfə Süleyman Dəmirəl Azərbaycana gəlmişdi. Onunla görüşəndə xalça hədiyyə etdim. Daha bir xalça da Heydər Əliyevə bağışlayıb “İnşallah gələcəkdə bu xalçanın üstündə namaz qılarsınız” - dedim. Heydər Əliyev də cavabında qayıtdı ki, “Sən haradan bilirsən ki, mən namaz qılmıram?”