Bank Of Baku

Qədr gecələrinin vaxtı açıqlanıb - TƏQVİM

Qədr gecələrinin vaxtı açıqlanıb - TƏQVİM
# 27 fevral 2025 11:48 (UTC +04:00)

Qədr gecələrinin tarixləri açıqlandı

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

İlk Qədr gecəsinin vaxtı

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18- təsadüf edəcək.

Digər Qədr gecələrinin tarixləri

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

Ramazan ayının başlama və bitmə tarixi

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin təqvimi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR