Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 19 aprel 2013 19:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Heydər Əliyev Sarayında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir Təhsil Nazirliyi, Nəsimi rayon İcra Hakimiyyəti və 23 saylı orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Heydər Əliyevin həyat və fəaliyyəti barədə məktəblilərə ətraflı məlumat verib. O bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkənin bütün sahələrində inkişaf qeydə alınıb: “Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı, həm də milli mənəvi irsimizin müəllifidir. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəslə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcək”.

Tədbirin davamında 23 saylı məktəbin şagirdlərinin ifasında Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan əbədi-bədii kompozisiya nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR