ABŞ Suriya ilə bağlı məsələdə hərbi variantı istisna etmir

ABŞ Suriya ilə bağlı məsələdə hərbi variantı istisna etmir
# 23 avqust 2013 20:10 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriyada kimyəvi silahdan kütləvi istifadə ehtimalı ilə əlaqədar hərbi variant daxil olmaqla, bütün addımları nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Ağ evin nümayəndəsi Coş Ernest deyib.

“Biz çoxdan demişik ki, Suriya ilə bağlı bütün variantları nəzərdən keçiririk. Eyni zamanda prezident birmənalı başa saldı ki, ölkənin milli maraqlarına uyğun ABŞ qoşunlarının ora göndərilməsini labüd edəcək durumu görmür”, - deyə o vurğulayıb.

Ernest qeyd edib ki, kütləvi qırğın silahı amili ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı hesablamalara təsir göstərəcək.

Ağ evin nümayəndəsi qoşunların göndərilməsindən başqa digər hərbi imkanları şərh etməkdən imtina edib. Bununla belə o qeyd edib ki, ABŞ-ın Suriya müxalifətinə yardımı artan xətlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR