“AFB Bank” nizamnamə kapitalını artırır

“AFB Bank” nizamnamə kapitalını artırır
# 07 iyul 2014 08:17 (UTC +04:00)

Bakı – APA-Economics. “AFB Bank” nizamnamə kapitalını 14,1% - 59 mln. 710,430 min manata qədər artırır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bankın nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Bir qiymətli kağızın nominal dəyəri 1,109 min manatdan 1,265 min manata qədər artacaq.

"AFB Bank"ın nizamnamə kapitalı 47,202 min ədəd səhmə bölünüb.

Hazırda bankın nizamnamə kapitalı 52 mln. 347,018 min manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR