İranda son 4 ay içərisində 120 ton həcmində narkotik maddə ələ keçirilib

İranda son 4 ay içərisində 120 ton həcmində narkotik maddə ələ keçirilib
# 22 iyul 2013 13:12 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İranda son 4 ay içərisində 120 ton həcmində narkotik maddə ələ keçirilib”. APA-nın məlumatına görə, bu fikirləri İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

Onun sözlərinə görə, İranın Narkotik Maddələrlə Mübarizə Mərkəzi hələ də narkotik aludəçiliyinin qarşısının alınması və narkomanların müalicə görmələri üçün çox geniş bir proqram həyata keçirir: “Hazırda narkotik maddələrin asılılığından xilas olmuş 5 min nəfər işlə təmin edilib”.

M. Nəccar deyib ki hazırda sənaye üsulu ilə hazırlanan narkotik maddələrin təhlükəsi çox yüksəkdir: “Əvvəllər bu cür narkotik maddələr İran torpaqları üzərindən başqa ölkələrə də aparılırdı. Ancaq ölkə qanunlarına əlavə və dəyişikliklər, həmçinin təhlükəsizlik qüvvələrinin gördükləri tədbirlər bu cür maddələrin ölkə ərazisinə giriş-çıxışını sıfıra endirdi”.

Nazir vurğulayıb ki, İranın Əfqanıstanla qonşu olması narkotik maddə təhlükəsinin burnunun dibində olması kimi bir problem yaradır: “Ancaq sərhəd yollarının bağlanılması və sərhəd tellərinin lazımi vasitələrlə təchiz edilməsi məsələsində müvafiq tədbirlər alınıb. Bununla belə, xeyli narkotik maddə ələ keçirilir. Ümumilikdə dünyada ələ keçirilən narkotik maddələrin 30%-i İranda reallaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR