Azərbaycanda bir gündə 9 nəfər zəhərlənib

Azərbaycanda bir gündə 9 nəfər zəhərlənib
# 31 yanvar 2014 10:13 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 30-da Ağcabədi rayonu Kəbirli kəndinin ərazisində yaşayan Ağdam rayon sakinləri Yaqub Quliyev, arvadı Xuraman və qızı Günay qidadan (aş) zəhərlənmə ilə, Sumqayıt şəhər sakinləri Sevinc Qurbanova, Ruhəngiz Əliyeva, Elnarə Mirzəyeva, Gəncə şəhər sakini Kifayət Əhmədova dəm qazından zəhərlənmə ilə, Gəncə şəhər sakini Zeynəb Xasıyeva sirkə turşusundan, Abşeron rayonu Novxanı kənd sakini Emin Əliyev isə dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR