Azərbaycanın investisiya imkanları CAR-ın nümayəndə heyətinə təqdim edilib

Azərbaycanın investisiya imkanları CAR-ın nümayəndə heyətinə təqdim edilib
# 08 may 2013 13:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) Bakıda səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nazir müavini Marius Fransmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda ölkənin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkənin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və Azpromo-nun fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində M.Fransman CAR və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və Azpromo tərəfindən Azərbaycanda biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR