Göyçayda 62 yaşlı kişi kəndirlə boğularaq ölüb

Göyçayda 62 yaşlı kişi kəndirlə boğularaq ölüb
# 17 avqust 2013 16:24 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə bu gün rayonun Yalman kəndində qeydə alınıb.

Boynundakı ağrılardan əziyyət çəkən kənd sakini, 1951-ci il təvəllüdlü Dəmirov Fazil Səlim oğlu iranlı bir həkimin tövsiyəsi əsasında hər gün boynunu kəndirlə müalicə edirmiş. İki uşaq atası olan Fazil Dəmirov müalicəsini davam etdirən zaman ehtiyatsızlıq edib və evin tavanından asılmış kəndirlə boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR