ATƏT Ukraynada ümummilli dialoqun başlanmasını alqışlayıb

ATƏT Ukraynada ümummilli dialoqun başlanmasını alqışlayıb
# 15 may 2014 02:07 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in mətbuat xidmətinin açıqlamasında bildirilir.

D.Burkhalter milli dialoqun mayın 25-ə nəzərdə tutulmuş prezident seçkiləri ərəfəsində vəziyyətin sabitləşməsinə imkan yaradacağına ümidini ifadə edib. Həmçinin ATƏT Ukrayna hökumətinə öz təcrübə və təşkilati dəstəyi ilə yardım etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, mayın 14-də Ali Radada birinci Ümumukrayna milli birliyi dəyirmi masası keçirilib. Dəyirmi masada Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov, baş nazir Arseni Yasenyuk, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk və Leonid Kuçma, prezidentliyə namizədlər Sergey Tiqipko, Renat Kuzmin, Yuliya Timoşenko, Ali Radanın deputatları, diplomatlar, din xadimləri və s. iştirak ediblər.

Tədbirə cənubi-şərq təmsilçiləri və Kommunist partiyasının lideri Pyotr Simonenko dəvət edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR