Suriyada öldürülən azərbaycanlının kimliyi müəyyənləşib - EKSKLÜZİV

Suriyada öldürülən azərbaycanlının kimliyi müəyyənləşib - <span style="color: red;">EKSKLÜZİV
# 26 may 2014 14:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Suriyada öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində Suriyanın Hələb şəhəri yaxınlığında öldürüldüyü barədə məlumat yayılan azərbaycanlının Sumqayıt sakini Elməddin Quliyev olduğu müəyyən edilib. E. Quliyev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

O, Suriyada vəziyyət gərginləşəndən sonra bu ölkəyə gedərək İraq Şam İslam Dövləti qruplaşmasına qoşularaq hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb.

APA-nın Suriyada vuruşan azərbaycanlılardan əldə etdiyi məlumata görə, E. Quliyev əvvəllər Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşub. Suriyada vəziyyət gərginləşəndən sonra isə bu ölkəyə gedib. Uzun müddət Suriyanın Xüms şəhərində vuruşan döyüşçülərin əmiri olub. Xüms şəhəri ətrafında gedən döyüşlərdə E. Quliyevin hökumət qüvvələrinə məxsus qırıcı təyyarəni vurduğu bildirilir. Məhz buna görə hökumət qüvvələri onun başına pul qoyubmuş.

E. Quliyev alman və ingilis dillərini mükəmməl bilirmiş.

***

saat 10.46

Bakı. Hafiz Heydərov - APA. Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın Suriyada vuruşan azərbaycanlı döyüşçülərdən aldığı məlumata görə, “Yehya Azəri” kimi tanınan azərbaycanlı döyüşçü Hələb yaxınlığında Bəşər Əsəd qüvvələri tərəfindən vurulub.

Azərbaycanlı döyüşçülər onun meyitinin fotosunu da APA-ya təqdim ediblər.

Öldürülən azərbaycanlının əsl adı açıqlanmasa da, onun Sumqayıt sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR