İşğal altındakı ərazilərə qeyri-qanuni səfər etdiklərinə görə adı “qara siyahı”ya salınmış bəzi şəxslər Azərbaycan prezidentinə və XİN-ə müraciət edib - VİDEO

İşğal altındakı ərazilərə qeyri-qanuni səfər etdiklərinə görə adı “qara siyahı”ya salınmış bəzi şəxslər Azərbaycan prezidentinə və XİN-ə müraciət edib - <span style="color: red;">VİDEO
# 13 sentyabr 2013 09:38 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib.

“Müraciət edənlər adlarının “qara siyahı”ya salınmasından narahatlıq keçirdiklərini bildirib, məsələyə yenidən baxılmasını xahiş ediblər. Biz bəyan etdiyimiz kimi, siyahı yekun deyil və bəzi hallarda siyahıya dəyişiklik edilə bilər. XİN bu cür müraciətlərə baxmağa hazırdır”, - deyə E. Abdullayev qeyd edib.

E. Abdullayevin sözlərinə görə, bəzi xarici vətəndaşlar aldadılaraq işğal altındakı ərazilərə aparılırlar: “Erməni lobbisi bu insanları aldadır, onların işğal altındakı ərazilərə səfərini təşkil edərək, görüntü yaratmaq istəyir”.

XİN sözçüsü ümid etdiyini bildirib ki, adı “qara siyahı”dan çıxarılan şəxslər bir daha Azərbaycanın işğal altındakı ərazilərinə qeyri-qanuni səfər etməyəcəklər: “Çünki bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və dövlət sərhədi haqqında qanunun pozulmasıdır. Bir məsələ də diqqətdən qaçmamalıdır ki, dövlət sərhədi haqqında qanunun pozulmasına görə, daha ciddi tədbirlər görülə, o cümlədən İnterpola, məhkəməyə müraciət edilə, beynəlxalq axtarış elan olun bilər”.

E. Abdullayev xatırladıb ki, Azərbaycanın istənilən ərazisinə səfər etmək üçün öncə respublikanın müvafiq orqanlarına müraciət olunmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR