AMEA Tarix İnstitutunda elmi işçilərin attestasiyasının nəticələri müzakirə olunub - FOTO

AMEA Tarix İnstitutunda elmi işçilərin attestasiyasının nəticələri müzakirə olunub - <span style="color: red;">FOTO
# 27 may 2014 08:10 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda növbəti Elmi Şura keçirilib.

Qurumdan APA-ya verilən xəbərə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun sədrliyi ilə keçirilən şurada 2014-cü il aprelin 4-dən 25-dək keçirilən elmi işçilərin attestasiyasının nəticələri müzakirə olunub.

Yaqub Mahmudov gənclərə üstünlük verilməsinə baxmayaraq, uzun illərdən bəri Tarix İnstitutuna gənc mütəxəssislərin işlə təmin olunması üçün lazımınca vakant yerlərin ayrılmamasını təəssüf hissi ilə qeyd edib.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov institutda keçirilən attestasiyanın nəticələri ilə Elmi Şura üzvlərini tanış edib. Məlum olub ki, institut əməkdaşları fəaliyyət göstərdikləri son 5 ildəki elmi nəticələri nəzərə alınaraq müvafiq olaraq baş elmi işçi, aparıcı elmi işçi, elmi işçi və kiçik elmi işçi vəzifələrinə uyğun görülüblər. Bəzi əməkdaşlara isə tutduğu vəzifələrdə saxlanılmaqla öz elmi tədqiqat işlərinin səmərəsini artırmaq üçün bir il vaxt verilib. Fərdi plan əsasında elmi tədqiqat işlərini yerinə yetirməyən və müntəzəm olaraq işə davam etməyən bəzi əməkdaşlar isə tutduqları vəzifələrdən azad ediliblər.

Elmi Şura üzvlərinin yekdilliklə səsverməsi ilə attestasiyanın nəticələri təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR