Azərbaycanın bəzi rayonlarında 3 gün qaz olmayacaq

Azərbaycanın bəzi rayonlarında 3 gün qaz olmayacaq
# 12 sentyabr 2013 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İsyehsalat Birliyindən “APA-Economics” verilən məlumata görə, təmir işləri ilə əlaqədar sentyabrın 12-də saat 10:00-dan sentyabrın 13-nə saat 18:00-dək “İsmayıllı”, “İvanovka”, “Talıstan”, ”Kürdmaşı”, “Qubaxəlilli”, “Qaraməryəm”, ”Padar”, saat 18:00-dək “Göyçay-3”, “Şəmsabad”, “Qəbələ”, “Dəhnəxəlil” və bu gündən sentyabrın 14-dək “Altıağac” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İsmayıllı və Qəbələ rayonlarının bütün yaşayış məntəqələrinə, Ağsu rayonunun Padar, Göyçay rayonunun Mirzəhüseynli, Ərəbcəbirli, Şəhadət və Qarabaşlar kəndlərinə, Ağdaş rayonunun bir hissəsinə, Xızı rayonunun Altıağac, Qızılqazma, Yarımca və Qarabulaq kəndlərinə təbii qazın verilməsində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR