DSK-lar yekun protokolları MSK-ya təqdim etməyə başlayıb

DSK-lar yekun protokolları MSK-ya təqdim etməyə başlayıb
# 10 oktyabr 2013 12:46 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün səhərdən etibarən dairə seçki komissiyaları səsvermənin nəticələrinə dair yekun protokolları MSK-ya təqdim etməyə başlayıb. Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev APA-ya bildirib ki, protokollar MSK-ya DSK sədrləri və katiblərinin tərəfindən təqdim edilir.

A. Sarıyev deyib ki, seçki qanunvericiliyinə görə bu proses 48 saat müddətində yekunlaşmalıdır: “11 oktyabr gecə saat 12.00-a qədər proses yekunlaşmalıdır. Dairə seçki komissiyalarının yekun protokolları və MSK-ya daxil olan müraciətlər maksimim 10 gün müddətində araşdırılmalıdır. Bunlara əsasən MSK yekun protokol tərtib edilərək seçkilərin nəticələrinin təsdiqi üçün Konstitusiya Məhkəməsinə göndərilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR