Gürcü rejissor Azərbaycanda tamaşa hazırlayacaq

Gürcü rejissor Azərbaycanda tamaşa hazırlayacaq
# 14 may 2013 08:13 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında gürcü rejissoru Yelena Natsşanasvilinin quruluşunda Canni Rodaninin “Çippolino” tamaşası hazırlanacaq. Bu barədə APA-ya teatrın direktoru Rəşad Əhmədzadə məlumat verib. Onun sözlərinə görə, bu, gürcü rejissorun Azərbaycanda quruluş verdiyi üçüncü tamaşasıdır. Rejissoru gürcü olan tamaşada rolları azərbaycanlı aktyorlar ifa edəcək. Direktor onu da bildirib ki, rejissor Azərbaycana Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR