Millimizin kapitanı: “Azərbaycanda futbolçu tanımıram”

Millimizin kapitanı: “Azərbaycanda futbolçu tanımıram”
# 21 noyabr 2013 15:01 (UTC +04:00)

Bakı – APA. “Futbolla maraqlanıram. Bakıda keçirilən oyunları da getmişəm”. Bunu apasport.az saytına açıqlamasında voleybol üzrə milli komandamızın və “Azəryol”un kapitanı Oksana Parxomenko deyib.

Bu gün “Acıbadem” Sağlamlıq Mərkəzinin ölkəmizdəki ofisinin açılışında iştirak edən voleybolçu jurnalistlərin suallarını cavablandırıb.

Futbolla bağlı verilən suala Parxomenko belə cavab verib: “Sonuncu dəfə Portuqaliyanın Bakıda yığmamızla oyununu stadiondan izləmişəm. 0:2 uduzmuşduq. Ancaq çox təəssüf ki, futbolçularımızı tanımıram. Vaxtilə Türkiyədə çıxış etmişəm. Həyat yoldaşım Onat Kurt “Fənərbaxça”lı olduğu üçün bu komandanı ailəlikcə dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR