Xamneyinin hərbi məsələlər üzrə müşaviri: “Hizbullah” İsrailin başının üzərində dayanan İranın güclü müdafiə qoludur”

Xamneyinin hərbi məsələlər üzrə müşaviri: “Hizbullah” İsrailin başının üzərində dayanan İranın güclü müdafiə qoludur”
# 11 iyun 2013 16:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran indiyədək üç dəfə Aralıq dənizinə qədər nüfuz sahəsini genişləndirməyi bacarıb”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi bildirib.

Onun sözlərinə görə, İran ilk dəfə kral Kirin, sonra kral Haşayarın dövründə və son olaraq da Livanda “Hizbullah” hərəkatı ilə Aralıq dənizinə qədər nüfuz edib.

Y.Səfəvi deyib ki, “Hizbullah” hərəkatı İsrailin başının üzərində dayanan İranın güclü müdafiə qoludur: “İsrailin İranın nüvə obyektlərinə ehtimal olunan hücumu vəziyyətində bu rejimin başının üzərində dayanan qüvvəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR