Bu gün Bibiheybət və Bayıl qəsəbələrində su problemi olacaq

 Bu gün Bibiheybət və Bayıl qəsəbələrində su problemi olacaq
# 19 iyul 2013 08:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economicsş. Lökbatan dairəsindən Bakı şəhəri Səbail rayonunun 20-ci sahə yaşayış massivi istiqamətində uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xəttinin 640 metrlik hissəsi yenilənib. Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin verdiyi məlumatda bildirilir.

Məlumata görə, magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar bu gün Bakı şəhəri Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda Salyan şosesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcək.

Qeyd edək ki, yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR