İrandan Azərbaycana daxili orqanlarında narkotik gətirmək istəyən şəxs tutulub

İrandan Azərbaycana daxili orqanlarında narkotik gətirmək istəyən şəxs tutulub
# 15 may 2013 08:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana daxili orqanlarında narkotik vasitə gətirmək istəyən şəxs saxlanılıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Seymur Ocaqovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə narkotik vasitə aşkarlanıb.

Yoxlama zamanı onun daxili orqanından ümumi xalis çəkisi 192,312 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 23,82 qram həşiş qətranı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR