Azərbaycan iş adamları «Çin-Avrasiya» sərgisinə dəvət olunur

Azərbaycan iş adamları «Çin-Avrasiya» sərgisinə dəvət olunur
# 11 mart 2014 12:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin payızında Çində VI «Ekspo Çin-Avrasiya» beynəlxalq sərgisi keçiriləcək.

«APA-Economics»in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgi sentyabrın 2-7-də Urumçi şəhərində baş tutacaq.

Sərgidə Çində, eləcə də Avropa və Asiya ölkələrində istehsal olunan mal və məhsullar, həmçinin yeni investisiya layihələri təqdim ediləcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da sərgidə iştiraka dəvət olunur. Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR