Bakıda Göyçay sakinini döyərək qarət edən şəxslər tutulub - VİDEO

Bakıda Göyçay sakinini döyərək qarət edən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 08:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Göyçay rayon sakinini döyərək xeyli miqdarda pulun alan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanvarın 31-nə keçən gecə, Binəqədi şosesində 3 nəfər naməlum şəxs Göyçay rayon sakini Bəhlul Cavadovu döyərək cibindən 4000 manat pulunu və mobil telefonunu götürüb gediblər. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Sürət Məmmədov, Abşeron rayon sakinləri Pərvin Əlizadə və Yunis Quliyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR