Meksikada Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib

Meksikada Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib
# 25 mart 2014 08:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Meksika Konqresi tərəfindən Deputatlar Palatasının binasında Beynəlxalq Novruz Gününə həsr olunmuş konfrans keçirilib. Bu barədə APA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Konfransda çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov beynəlxalq Novruz bayramının tarixi və bayram ənənələri barədə məlumat verib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edən qətnamənin qəbul edildiyini bildirib.

Sonra konfrans iştirakçılarına Azərbaycan səfirliyi tərəfindən hazırlanmış, Azərbaycanda mövcud Novruz ənənələrindən bəhs edən təqdimat nümayiş etdirilib.

Konfransla yanaşı Azərbaycanın Meksikadakı səfirliyində Novruz bayramı tədbiri keçirilib. Tədbirdə Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, habelə Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, 2011-ci ilin mart ayından etibarən Meksika Konqresi tərəfindən ənənəvi olaraq hər il keçirilən tədbirdə Azərbaycan, İran və İraqın Meksikadakı diplomatik nümayəndəliklərinin rəhbərləri, Meksika Konqresinin əməkdaşları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR