Yasamalda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub

Yasamalda mənzildə köməksiz vəziyyətdə qalmış  azyaşlı uşaq xilas olunub
# 01 iyun 2014 03:50 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR