Türkiyədəki mədən faciəsi Gəncədə anılıb - FOTO

Türkiyədəki mədən faciəsi Gəncədə anılıb - <span style="color: red;">FOTO
# 15 may 2014 12:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Manisa vilayətinin Soma rayonundakı kömür mədənində çoxsaylı insan tələfatına səbəb olmuş hadisə Gəncədə də anılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, anım tədbiri Türkiyənin Gəncə şəhərindəki baş konsulluğunda keçirilib.

Mərasimdə Gəncə şəhərində fəaliyyət göstərən türk iş adamları, diplomatik korpusun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov çıxış edərək, mədəndə baş vermiş partlayışın ağır faciə olduğunu bildirərək, bu ağır faciənin Azərbaycanda da ürək ağrısı ilə qarşılandığını bildiriblər. Dəhşətli qəzada həlak olan vətəndaşlara Allahdan rəhmət dilənilib.

Sonra mərasim iştirakçıları faciə ilə əlaqədar səfirlikdə açılmış “Xatirə kitabı”na ürək sözlərini yazıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR