Şəmkirdə 34 yaşlı kişi özünü öldürüb

Şəmkirdə 34 yaşlı kişi özünü öldürüb
# 18 iyun 2014 07:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şəmkir rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 34 yaşlı Firuz Şahbazov yaşadığı evin hamamında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum olmasa da, onun ruhi xəstə olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR