Xorvatiyada Xocalı soyqırımının 22-ci ildönümünə ilə bağlı anım tədbiri keçirilib

Xorvatiyada Xocalı soyqırımının 22-ci ildönümünə ilə bağlı anım tədbiri keçirilib
# 26 fevral 2014 09:54 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimində çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, Xocalı faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildirib.

Səfirlik tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq xorvat dilində Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitab nəşr edilib və Xorvatiya ictimaiyyətə, yerli kitabxana və universitetlərə paylanıb. Münaqişəyə dair əsas BMT qətnamələri və Azərbaycanın BMT-də yaydığı sənədlərdən ibarət kitabın bir fəsil Xocalı faciəsinə həsr olunub.

Xocalı faciəsi ilə bağlı xorvat və ingilis dillərində press-reliz yayılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR