“Azərbaycan Dəmir Yolları” zəlzələ ilə bağlı mülki müdafiə məşqi keçirib - FOTO

“Azərbaycan Dəmir Yolları” zəlzələ ilə bağlı mülki müdafiə məşqi keçirib - <span style="color: red;">FOTO
# 18 iyun 2014 07:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Azərbaycan Dəmir Yollar” QSC-nin 2014-cü ildə mülki müdafiə (MM) tədbirlər planına müvafiq olaraq Bakı sərnişin stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti mülki müdafiə məşqi keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.

Bakı sərnişin stansiyasında keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Obyekt rəhbəri, stansiyasının rəisi Nizaməddin Eminov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində inzibati binada yanğın, 3-cü yolda vaqonda partlayış baş verib, yanğından və partlayışdan zərər çəkənlər və xəsarət alanlar var. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqası əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə edib. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, işçilər və sərnişinlər kassa zalından, sərnişin vaqonundan təxliyə olunub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıblar. Stansiyanın bərpa manqası, Gigiyena və epidemiologiya mərkəzinin və Sanitar-karantin müfəttişliyinin dezinfeksiya manqaları əraziyə yaxınlaşaraq bərpa və dezinfeksiya işlərinə başlayıb.

Məşqdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.

Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Sərnişin daşımaları departamentinin baş mühəndisi Azər Nağıyev və stansiyanın rəhbər işçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR