Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstan müdafiə nazirinin səfəri ilə bağlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi Qazaxıstan müdafiə nazirinin səfəri ilə bağlı məlumat yayıb
# 18 aprel 2014 12:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qazaxıstanın Müdafiə naziri Serik Axmetovun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər aprelin 21-də baş tutacaq.

Səfər proqramı çərçivəsində S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR